IQNA

"Əl-Qüseyr" şəhərinin İmam Həsən Müctəba (ə) məscidinin üzərində "Ya Hüseyn" bayrağı dalğalanır

23:28 - June 09, 2013
Xəbər sayı: 2544741
Beynəlxalq qrup: Suriyanın Silahlı Qüvvələri "Əl-Qüseyr" şəhərini terrorist və təkfirçi qruplaşmaların işğalından azad etdikdən sonra bu şəhərin İmam Həsən Müctəba (ə) adına məscidinin üzərinə "Ya Hüseyn" bayrağı sancdılar.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "NUN" xəbər agentliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə "Youtube" saytının yaydığı videolarda Suriyanın Silahlı Qüvvələrinin "Əl-Qüseyr" şəhərini terrorist və təkfirçi qruplaşmaların işğalından azad etdikdən sonra bu şəhərin İmam Həsən Müctəba (ə) adına məscidinin üzərinə "Ya Hüseyn" bayrağı sancdıqları göstərilir.
Verilən xəbərə görə bu videolarda Suriyanın Silahlı Qüvvələri "Əl-Qüseyr" şəhərində Təkbir, "Heyhat minnəz-zilləh" və "Ləbbeyk Ya Hüseyn" sədaları altında İmam Həsən Müctəba (ə) adına məscidinin üzərinə "Ya Hüseyn" bayrağı sancırlar.
Suriyanın Silahlı Qüvvələri "Həms" əyalətinin "Əl-Qüseyr" şəhərinin İmam Həsən Müctəba (ə) adına məscidinin minarələri üzərində qara parçaya qırmızı rəng ilə yazılmış "Ya Hüseyn" bayrağı dalğalandırıblar.

1239642
captcha